Zeynal Məmmədov: Futbolçu axtarırıq
15.11.2010 - 00:00
“Bakı” klubunun vitese-prezidenti Zeynal Məmmədovun apasport.az saytına müsahibəsi
- Əvvəlcə “Qarabağ”la keçirdiyiniz oyunla bağlı fikirlərinizi bildirərdiniz.
- Uşaqlar meydanda canlarını qoydular. Qələbə qazanmaq üçün imkanlarını səfərbər etdilər. Amma hakimin ikinci hissədəki idarəçiliyindən narazı qaldım. Məni heç qane etmədi. Adam deməyə söz tapmır. Buna baxmayaraq, komanda “vuruşdu” və layiqli qələbə qazandı.
- Komandanızın oyunundan razı qaldınızmı?
- Tam razı qalmadım. Müəyyən çatışmazlıqlar, problemlər var idi. Bununla belə, əsas qələbə qazanmaqdır. Davamının gələcəyinə inanıram.
- Cari mövsümdə ilk dəfədir ki, “Bakı” ardıcıl iki oyunda qələbə qazanır. Yəqin bu, əhval-ruhiyyəni yüksəldəcək, futbolçularda özünəinamı artıracaq.
- Mən də belə düşünürəm. Qarşıdan MOİK-lə oyun gəlir. İnşallah, həmin oyunda da qələbə qazanıb, turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdıracağıq.
- Azarkeşləri stadiona cəlb etmək üçün uduşlu lotereya keçirməyi düşünürdünüz. Buna nə vaxt start verəcəksiniz?
- Qış fasiləsindən sonra.
- Qış fasiləsində komanda təlim-məşq toplanışı keçirmək üçün hansı ölkəyə yollanacaq?
- Allahın köməkliyi ilə qış fasiləsində komanda Türkiyəyə yollanacaq. Təbii ki, hazırlıq müddətində bir neçə yoldaşlıq oyunu da keçirəcəyik.
- Transfer çalışmalarına necə, start vermisiniz?
- Oyunçu axtarışına başlamışıq. Hansı mövqelərimizi gücləndirəcəyimizi bilirik və bu istiqamətdə işlər görülür.
- Son vaxtlar Vaqif Cavadov mətbuatda tənqid olunur. Amma bu da faktdır ki, o, istənilən səviyyədə çıxış etmir.
- Sizinlə razıyam. Vaqif bu gün formasının pik nöqtəsində deyil. Tez bir zamanda onun da öz sözünü deyəcəyinə ümid edirəm.

0
0