Yığmanın üzvü ölkəni tərk edir
15.11.2010 - 00:03
“Fənərbaxça”nın futbolçusu Kazım Kazım “Qaziantepspor”a məğlubiyyətdən sonra komandadan gedəcəyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Türkiyə yığmasının da şərəfini qoruyan yarımmüdafiəçi ona ilk “11-lik”də az yer verilməsindən şikayətlənib: “Məşqlərdə çox çalışıram. Amma qarşılaşmada yer almadıqca eyni formada qala bilmirəm”.
Digər matçdan fərqli, “Qaziantepspor”la görüşdə start heyətində yer alan Kazım bildirib ki, “sarı-lacivərtli” komandanı çempion kimi tərk etsə, daha yaxşı olar: “Mövsümün sonunda müqaviləmin vaxtı bitir. Klubdan Türkiyə birincisi kimi ayrılmaq istəyirəm”.
Qeyd edək ki, Kazımın “Aston Villa”ya gedəcəyi gözlənilir.

0
0