Marçello Lippi Ukrayna yığmasında!?
15.11.2010 - 00:10
Marçello Lippi Ukrayna yığmasında!?
Ukrayna yığması dünya çempionu Marçello Lippi çalışdıra bilər. Apasport.az saytının məlumatına görə, 2012-ci ildə Avropa çempionatına Polşa ilə birlikdə ev sahibliyi edəcək ukraynalılar italiyalı mütəxəssisə rəsmi təklif göndəriblər.

İtaliya mətbuatının yazdığına görə, 62 yaşlı Lippinin noyabrın 17-də İsveçrə - Ukrayna oyunu izləyəcəyi və bundan sonra qərar verəcəyi gözlənilir.

Qeyd edək ki, bu il Cənubi Afrika Respublikasında keçirilən mundialdan sonra İtaliya yığması ilə vidalaşan Lippi həmin vaxtdan işsizdir. O, milli komandadan başqa, həmçinin “Atalanta”, “Napoli”, “Yuventus” və “İnter” klublarını da çalışdırıb.