“Muğan”da yeni baş məşqçi
15.11.2010 - 10:35
“Muğan”da yeni baş məşqçi
Salyanın “Muğan” klubunun yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının XIII turunda “Neftçi”yə böyük hesabla uduzan bölgə komandası Bəhmən Həsənova tapşırılıb. O, bundan öncə klubda sabiq çalışdırıcı Almir Hurtiçin köməkçisi işləyirdi.

Xatırladaq ki, Bosniya və herseqovinalı mütəxəssis son turda “Neftçi”yə 0:3 hesablı məğlubiyyətdən sonra istefa vermişdi.