2 futbolçu Türkiyə millisindən kənarlaşdırıldı
15.11.2010 - 12:35
2 futbolçu Türkiyə millisindən kənarlaşdırıldı
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi Türkiyə millisinin heyətindən daha 2 futbolçu kənarlaşdırılıb. Apasport.az saytının məlumatına görə, Superliqanın son turunda zədələnən “Əskişəhərspor”un oyunçusu Batuhan Karadəniz və “İstanbul Böyükşəhər Bələdiyyəsi”nin üzvü Gökhan Süzen zədələndiyi üçün Hollandiya ilə yoldaşlıq matçına aparılmayıb. “Ay-ulduzlular”ın baş məşqçi Qus Hiddink son anda bu futbolçuların əvəzinə “Manisaspor”dan Eren Aydını yığmaya çağırıb.
Qeyd edək ki, Hollandiya - Türkiyə oyunu noyabrın 17-də keçiriləcək.