Osman N`Doye yenidən “Xəzər Lənkəran”ın diqqət mərkəzinə düşdü
15.11.2010 - 13:24
Osman N`Doye yenidən “Xəzər Lənkəran”ın diqqət mərkəzinə düşdü
Seneqal yığmasının futbolçusu Osman N`Doye yenidən “Xəzər Lənkəran”ın diqqət mərkəzinə düşüb. Apasport.az saytının Rumıniya mətbuatına istinadən məlumatına görə, cənub təmsilçisi Buxarest “Dinamo”sunun “qara siyahısına” düşən 32 yaşlı yarımmüdafiəçi ilə güclənə bilər. Hazırda Rumıniyada olan baş məşqçi Mirça Rednik paytaxt klubu ilə danışıqlara başlayacaq.

Xatırladaq ki, N`Doyenın “Xəzər-Lənkəran”a keçidi 4-5 ay öncə də müzakirə olunurdu.