“Neftçi”nin futbolçusu: Heç kimə belə zədə arzulamıram
15.11.2010 - 13:39
“Neftçi”nin futbolçusu: Heç kimə belə zədə arzulamıram
“Muğan”a qarşı oyunlarımız daim gərgin keçir və bu görüş də istisna olmadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin gənc futbolçusu Mirhüseyn Seyidov deyib.

Unibank Premyer Liqasının 13-cü turunda Salyanda “Muğan”la keçirilmiş oyun haqda fikirlərini klubun rəsmi saytına bildirən Seyidov “ağ-qaraların” oyunda üstün tərəf olduğunu qeyd edib: “Rəqibimiz matça yaxşı başladı, ancaq qarşılaşmanın gedişində oyuna nəzarəti ələ alaraq qələbə qazandıq. Biz matçda daha üstün tərəf idik. Oyunun gedişində Flavinyonun bu cür zədə alacağını gözləmirdik. O, komandamıza çox kömək edir. Ümumiyyətlə, rəqib futbolçular çox kobud oynayırdılar. Meydanda belə sərt mübarizə aparmaq olar, ancaq rəqibi bilərəkdən zədələmək yaxşı hal deyil. Heç kimə belə zədə almağı arzulamıram. Flavinyoya tezliklə zədəsini sağaldaraq, meydana qayıtmağı arzu edirəm”.

Qeyd edək ki, “Muğan” – “Neftçi” görüşü qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.