7 nəfərlə 7 saat, yaxud “Xəzər Lənkəran”ın futbolçusu ilə yol yoldaşı
15.11.2010 - 17:11
Azərbaycan millisinin noyabrın 17-də Çernoqoriya yığması ilə yoldaşlıq görüşünü işıqlandırmaq üçün ezam olunan jurnalistlər bu gün Podqoritsaya gəlib. Apasport.az saytının müxbirinin də yer aldığı 7 nəfərlik heyət Çernoqoriya paytaxtına Bakı-İstanbul-Vyana-Podqoritsa reysi ilə 7 saatlıq yol qət etdikdən sonra çatdı.
Bakıdan İstanbula yollanan təyyarənin 05:25-də havaya qalxacağı göstərilsə də, hava limanında bizi qarşılayan duman problem yaratdı. Nəticədə təyyarə nəzərdə tutulandan 40 dəqiqə sonra havaya qalxdı. Nəticədə İstanbul – Vyana reysinə yetişmək üçün daha tez tərpənməli olduq. Yeri gəlmişkən, “Türk Hava Yolları” şirkətinin təyyarəsindəki sərnişinlər arasında “Xəzər Lənkəran” klubunun braziliyalı legioneri Dieqo Qusmao da var idi. Hələ ilk dövrədə ağır zədələnən yarımmüdafiəçinin yaşıl meydana qayıdışı tez olmayacaq və onun Türkiyədə müayinə olunmasına ehtiyac var.
Təyyarə Podqoqritsa hava limanına nəzərdən tutulandan 10 dəqiqə gec düşdü. Açığı, paytaxtdakı hava bizləri yaxşı mənada təəccübləndirdi. Hər halda, Podoqritsada payız yox, əsli yaz havası idi. Havanın temperaturunun 21 dərəcə olması bunu deməyə əsas verir. Bir sözlə, Çernoqoriya – Azərbaycan oyununa iki gün qalmış əsl futbol havası hökmü sürür...

0
0