Azərbaycan yığmasında yeni kapitan
15.11.2010 - 17:58
Azərbaycan yığmasında yeni kapitan
Azərbaycan milli komandasının kapitanı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmanın kapitanı Rəşad Sadıqov zədəli olduğu üçün noyabrın 17-də Podqoritsada keçiriləcək Çernoqoriya – Azərbaycan yoldaşlıq oyununda iştirak etməyəcək. Bu səbəbdən millimizi meydana kapitan kimi Mahir Şükürov çıxaracaq.