AFFA “Neftçi”ni cəzalandırdı
15.11.2010 - 18:06
AFFA İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının XIII turunun oyunlarında baş verənlər müzakirə olunaraq uyğun qərarlar verilib. MOİK – AZAL matçının 60-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Amiran Qventsadze aqressiv oyuna görə (rəqibə əl ilə zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunub. “Muğan” – “Neftçi” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat ziyana düşüblər.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0