Ölkə çempionatında yeni rekord
15.11.2010 - 18:36
İspaniya çempionatında yeni rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, XI turda “Xixon”a 1:0 hesabı ilə qalib gələn “Real” klubunun baş məşqçisi Joze Mourinyo primera tarixinə düşüb. Portuqaliyalı mütəxəssis İspaniya çempionatlarının ən yaxşı debütantı adını qazanıb. Startdakı 11 turda 9 qələbə qazanıb 2 heç-heçə edən “Kral klubu” Mourinyonun debüt mövsümünün 29 xalla başlamasına şərait yaradıb. Bu, isə primera tarixində görünməmiş hadisədir. İndiyədək ən yaxşı nəticə “Barselona”nın baş məşqçisi Xosep Qvardiolaya məxsus idi. Onun debüt mövsümündəki ilk 11 matçda kataloniyalılar 9 qələbə qazanıb, 1 heç-heçə edib və 1 dəfə məğlub olmaqla 28 xal yığmışdı.
0
0