“Neftçi” bəyanat yaydı
15.11.2010 - 20:15
“Neftçi” klubu bəyanat yayıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Unibank Premyer Liqasının 13-cü turunun noyabrın 13-də “Muğan”la keçirilmiş qarşılaşmada baş verənləri pisləyib.
Bakılılar görüşün əvvəllərində rəqib futbolçunun Flavinyoya qarşı aşkar kobud oynadığını və nəticədə ayağı sınan braziliyalı yarımmüdafiəçi meydandan çıxarıldığını bu idman növünə yaraşdırmır: “Azarkeşlərin çoxu stadionlara Flavinyo kimi texnikalı futbolçuları seyr etməkdən ötrü gəlirlər. Premyer Liqada Emil Mpenza, İqor Mitreski, Flavinyo, Bahodir Nasimov, Slavço Georgievski, Alessandro Viana da Silva, Denis Silva kimi səviyyəli legionerlərin çıxış etməsi, gənc futbolçuların püxtələşməsində və Azərbaycan futbolunun inkişafında böyük rol oynayır. Lakin çox təəssüf ki, Premyer Liqanın görüşlərində bəzi klubların futbolçuları "Neftçi"nin üzvlərinə qarşı qaydalar çərçivəsindən kənar sərt və kobud oynayırlar. FİFA-nın hakimlərə tövsiyəsi budur ki, texnikalı futbolçulara qarşı kobudluğun qarşısı dərhal alınmalıdır. Oyunu idarə edən hakimlər də bəzən belə hallara göz yumurlar. Bunun nəticəsidir ki, futbolçularımız zədələnərək, bir müddət yaşıl meydanlardan kənar qalırlar”.
Qeyd edək ki, “Neftçi” Salyandakı matçda 3 xalı 3 cavabsız qolla qazansa da, zədələnən Flavinyonu itirib.

0
0