Elxan Məmmədov sabah Podqoritsaya gələcək
15.11.2010 - 22:37
Elxan Məmmədov sabah Podqoritsaya gələcək
AFFA-nın baş katibi Elxan Məmmədov sabah Çernoqoriyaya gələcək. Apasport.az saytının Çernoqoriyaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, Məmmədov yığmamızın noyabrın 17-də Çernooqriya millisi ilə yoldaşlıq görüşünü keçirəcəyi Podqoritsa şəhərində olacaq. Yığmamızı tək qoymayan baş katib öz mənəvi dəstəyini əsirgəməyəcək. AFFA rəhbərliyinin Çernoqoriya Futbol Federasiyasındakı həmkarları, prezident Deyan Saviveçivlə görüşü də gözlənilir. AFFA prezidenti Rövnəq Abdullayevin isə Çernoqoriyaya gələcəyi dəqiqləşməyib.

Mehman SÜLEYMANOV, Podqoritsa