Çernoqoriya yığması Azərbaycanla oyuna hakim tapa bilmir
15.11.2010 - 22:52
Çernoqoriya yığması Azərbaycanla oyuna hakim tapa bilmir
Noyabrın 17-də keçiriləcək Çernoqoriya – Azərbaycan yoldaşlıq görüşünü idarə edəcək hakimlərin adları hələ açıqlanmayıb. Apasport.az saytının Çernoqoriyaya ezam olunmuş müxbirinin məlumatına görə, oyunun hakimlərini təyin etməli olan çernoqoriyalılar hələ qarşı tərəfi bu haqda məlumatlandırmayıb.

Ancaq qeyri-rəsmi xəbərə görə, görüşü makedoniyalı hakimlər idarə edəcək. Hər halda, Çernoqoriyanın uzun illər bir ölkəni təmsil etdiyi keçmiş Yuqoslaviyadan olan hansısa qonşusuna müraciət edəcəyi daha real görünür. Onlar yığmamızla görüşə öz hakimlərini isə sadəcə, təyin edə bilməzlər. Çünki bu, FİFA-nın oyun “pəncərəsi”ndə nəzərdə tutulan, reytinqə daxil olan bir oyundur. Ora öz hakimini qoymaqla, görüş beynəlxalq statusunu itirir və FİFA nəticəni reytinqdə nəzərə almağı lazım bilməyəcək.

Mehman SÜLEYMANOV, Podqoritsa