Türkiyə yığmasında yeni sima
16.11.2010 - 00:00
Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink heyətə daha bir futbolçu cəlb edib. Apasport.az saytının məlumatına görə, İngiltərənin “Portsmut” klubunun hücumçusu Nadir Çiftçi Avro-2012-nin seçmə mərhələsində “ay-ulduzlular”ın şərəfini qorumaq şansı qazanıb.
Avstriyada doğulan futbolçunun Hollandiya ilə matça qədər bütün sənədlərinin qaydaya salındığı və bunun üçün adının son anda açıqlandığı bildirilir. 18 yaşlı Çiftçi artıq Amsterdamda olan Türkiyə yığması ilə məşqlərə başlayıb. O, bundan öncə Hollandiyanın 17 yaşlılardan ibarət milli komandasının şərəfini qoruyub.
Qeyd edək ki, “ay-ulduzlular” hollandlarla görüşü noyabrın 17-də keçirəcəklər.

0
0