“Azərbaycanla oyunda borcumuzu yerinə yetirməliyik”
16.11.2010 - 10:27
“Azərbaycanla oyunda borcumuzu yerinə yetirməliyik”
“Azərbaycanla yoldaşlıq oyunu mənim kimi yığmada oynamayan və ya az qazanan futbolçular üçün bir şansdır. Bu görüşdə qələbə qazanmaq, komandada formalaşan qələbə ruhunu qorumağımız vacibdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çernoqoriya yığmasının üzvü Deyan Damyanoviç deyib.

Şərəfini qoruduğu Cənubi Koreyanın “Seul” klubunun yaratdığı problem üzündən millinin son 3 matçında iştirak etməsi mümkün olmayan futbolçu sabah Azərbaycan yığması ilə keçiriləcək yoxlama görüşündə yenidən Zlatko Krançarın sərəncamında olacaq. Damyanoviç bu şansdan yararlanmaq niyyətindədir: “Biz Azərbaycanla oyuna favorit kimi çıxacağıq. İndi komandamızda qalib mentaliteti var, yaxşı əhval-ruhiyyədəyik. Lakin yaxşı nəticələri unudub yenidən qələbələr haqda düşünürük. Hücum xəttimiz də kifayət qədər güclüdür. Azarkeşlərimiz qarşısında borcumuzu yerinə yetirib Azərbaycanı məğlub etməliyik”.