Fatoş Beçiray: 2010-cu ili qələbə ilə başa vurmaq üçün əlimizdən gələni edəcəyik
16.11.2010 - 10:40
“Azərbaycanla qarşılaşma yığmamızın 2010-cu ildəki son qarşılaşmasıdır. Əminəm ki, futbolçularımızın hamısı ili qələbə ilə başa vurmaq üçün əllərindən gələni edəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çernoqoriya milli komandasının futbolçusu Fatoş Çeçiray deyib.
Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun şərəfini qoruyan hücumçu sabah azərbaycan yığması ilə keçiriləcək yoldaşlıq oyunu haqqında fikirlərini açıqlayıb: “Bundan sonra seçmə mərhələdəki uğurlu çıxışın davamını gətirəcəyik. Düzdür, yoxlama oyununda bütün futbolçular şans qazana bilər. Amma istənilən halda biz seçmə oyunlarda göstərdiyimiz nəticələri doğrultmalıyıq. Çıxış etdiyim Zaqreb “Dinamo”sunda heç də pis oynamıram. Düşünürəm ki, Avropa çempionatının fianl mərhələsində oynamağa layiqəm”.

0
0