Üçüncü dəfə noyabrın 17-də
16.11.2010 - 11:13
Üçüncü dəfə noyabrın 17-də
Sabah Çernoqoriya milli komandası ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan yığması tarixində üçüncü dəfə noyabrın 17-də meydana çıxacaq. Apasport.az saytının məlumatına görə, 6 il bundan əvvəl Bakıda Bolqarıstan yığması ilə görüşən futbolçularımız 2007-ci ildə Avro-2008-in seçmə mərhələsində Finlandiyanın qonağı olmuşdu.

Millimiz hələ ki, bu tarixdə qələbə qazanmayıb. Bolqarlarla yoxlama oyununda qapılara qol vurulmadığından komandamız heç-heçə ilə kifayətlənməli olmuşdu. Helsinkidəki matçda isə hesabı Mahmud Qurbanov açsa da hakim səhvləri və skandinaviyalıların təcrübəsi meydan sahiblərinə əzmkar qələbə qazandırmışdı – 2:1.

Qeyd edək ki, Çernoqoriya yığması tarixi ərzində noyabrın 17-də oyun keçirməyib.