Autsayderlərin savaşı
16.11.2010 - 11:33
Autsayderlərin savaşı
Sabah Avro-2012-nin seçmə mərhələsində növbəti oyunlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası da daxil olmaqla əksər yığmaların yoldaşlıq oyunu keçirdiyi vaxtda E və F qrupunda rəsmi matçlar baş tutacaq. Öz qrupunun aşkar autsayderləri olan və keçirdiyi bütün qarşılaşmalarda uduzan Finlandiya və San-Marino yığmaları Helsinkidə üz-üzə gələcək. Özünə yaraşmayan tərzdə xalsız olan skandinaviyalılar aldığı 3 məğlubiyyətin əvəzini “cırtdan”lardan çıxmaq niyyətindədir.

F qrupunda isə daha bir xalsız komanda Malta səfərə çıxıb. Onlar hətta heç-heçə edəcəyi halda zirvəyə yüksələcək Xorvatiyanın qonağı olacaqlar. Bu matç Azərbaycan yığması ilə bağlılığı ilə seçilir. Belə ki, məhz bu qarşılaşma millimizin sabah Çernoqoriya ilə oynamasına səbəb olub. Çünki bu görüş əvvəlcədən başqa tarixə salınmışdı və noyabrın 17-də Azərbaycan və Malta komandaları yoldaşlıq oyunu keçirəcəkdi. Lakin xorvatiyalılarla qarşılaşmanın vaxtının dəyişdirilməsi maltalıların bizimlə oynamaqdan imtina etməsini zəruri etdi. Yalnız bundan sonra AFFA çernoqoriyalılarla iynamaq haqda razılıq əldə etdi.

Avro-2012-nin seçmə mərhələsi

17 noyabr

E qrupu
20:30. Finlandiya – San-Marino

1

Hollandiya

4

4

0

0

12-2

12

2

Macarıstan

4

3

0

1

12-4

9

3

İsveç

3

2

0

1

9-4

6

4

Moldova

4

2

0

2

5-3

6

5

Finlandiya

3

0

0

3

2-6

0

6

San-Marino

4

0

0

4

0-21

0



F qrupu
20:30. Xorvatiya - Malta

1

Yunanıstan

4

2

2

0

4-2

8

2

Xorvatiya

3

2

1

0

5-1

7

3

Gürcüstan

4

1

3

0

3-2

6

4

İsrail

4

1

1

2

5-5

4

5

Latviya

4

1

1

2

3-5

4

6

Malta

3

0

0

3

1-6

0