363 gündən sonra
16.11.2010 - 12:08
363 gündən sonra
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov karyerasında üçüncü dəfə yığmanı kapitan kimi meydana çıxaracaq. Apasport.az saytının məlumatına görə, 28 yaşlı universal cinah oyunçusu hən ilk, həm də sonuncu dəfə kapitan sarğısını ötən il daşıyıb. Həm müdafiə, həm də yarımmüdafiənin sağ cinahında oynayan futbolçu 2009-cu il oktyabrın 10-da Avro-2008-in Lixtenşteynlə Vadutsdakı matçında (2:0) kapitan kimi debüt etmişdi. Noyabrın 15-də BƏƏ-də keçirilən beynəlxalq turnirin İraqla ilk matçında (0:1) da Foqts Mahirə etimad göstərmişdi. Həmin görüşdən 363 gün sonra Şükürov yenə yığmanın kapitanı kimi meydana çıxacaq.

Qeyd edək ki, Çernoqoriyaya yollanan heyətdə yığmada ən çox oyun keçirən futbolçu da məhz Mahirdir. O, Podqoritsadakı matçda 48-ci dəfə milli forma geyəcək.