Çernoqoriya yığmasının hazırlığına gecikənlər var
16.11.2010 - 12:42
Çernoqoriya yığmasının hazırlığına gecikənlər var
Sabah Azərbaycan milli komandası ilə yoldaşlıq oyunu keçirəcək Çernoqoriya yığması görüşə tam heyətlə hazırlaşa bilmir. Apasport.az saytının məlumatına görə, bir sıra aparıcı futbolçularını oyuna çağırıb, sonradan onlara istirahət vermək qərarına gələn baş məşqçi Zlatko Krançar istədiklərinin də hamısını sərəncamında görə bilmir. Belə ki, millimizlə qarşılaşmaya dəvətli olan azsaylı əsas heyət oyunçularından 3-ü yalnız bu gün komandaya qoşulacaqlar. Bunlar Marko Başa (“Lokomotiv”, Rusiya), Milan Yovanoviç (“Spartak”, Nalçik, Rusiya) və Milorad Pekoviçdir (“Qroyter”, Almaniya). Yığmanın təlim-məşq toplanışına gecikib dünənki hazırlıqlarda iştirak edə bilməyən bu futbolçular yalnız bir günlük məşqlərdən sonra millimiz qarşısına çıxacaq.

Qeyd edək ki, Başa və Yovanoviç müdafiəçi, Pekoviç isə yarımmüdafiəçidir.