Yığmamıza qol vuran ilk alman futbolçuya tüpürdülər
16.11.2010 - 13:13
Yığmamıza qol vuran ilk alman futbolçuya tüpürdülər
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Almaniya yığmasının liderlərindən biri olan Bastian Şvaynştayger xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Bundesliqanın son turunun “Bavariya” – “Nürnberq” oyunu zamanı 26 yaşlı yarımmüdafiəçinin üzünə tüpürüblər. Bunu rəqib komandanın üzvü Xavyer Pinola edib. O, qarşılaşmadan sonra Şvaynştaygerə zəng vuraraq hərəkətinə görə üzr istəyib.
Qeyd edək ki, Bastian Azərbaycan və Almaniya milli komandaları arasında həm DÇ-2010, həm də Avro-2012-nin seçmə mərhələsində baş tutan bütün görüşlərinin iştirakçısıdır. O, komandalar arasında baş tutan ilk görüşdə birinci qolun müəllifi kimi tarixə düşüb. Şvaynştayger ötən il avqustun 12-də Bakıdakı görüşün (0:2) 12-ci dəqiqəsində hesabı açıb. Bastian ötən il sentyabrın 9-da (4:0) və bu il sentyabrın 7-dəki (6:1) qələbələr zamanı Bundestimə kömək etsə də qol vura bilməyib.