Azərbaycan futbolçuları İspaniya ilə bir qrupda
16.11.2010 - 13:23
Azərbaycan futbolçuları İspaniya ilə bir qrupda
Bu gün 17 yaşadək qızlar arasında Avropa çempionatının 2011/12 mövsümünün ilkin mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, 2012-ci ildə Azərbaycanda keçiriləcək dünya çempionatına seçmə xarakteri daşıyan qitə birinciliyinin bu mərhələsində 40 komanda mübarizə aparacaq.

IX seçmə qrupda oynayacaq Azərbaycan milli komandasının rəqibləri də məlum olub. Komandamız İspaniya, Ukrayna, Bosniya və Herseqovina ilə bir qrupda yer alıb.

2008/09 mövsümündən qitə birinciliklərində çıxışlarını dayandıran Azərbaycan millisi 3 illik fasilədən sonra beynəlxalq arenaya çıxacaq. Bu dəfə almaniyalı məşqçisi Sissi Raytın rəhbərliyi altında. Püşkatma ilə bağlı daha bir məqam isə yarışda rekordun müəyyənləşməsidir. Avropa çempionatları tarixində ilk dəfə mükafatlar, həm də Azərbaycana vəsiqə uğrunda rekord sayda 42 komanda mübarizə aparacaq. Bu isə o deməkdir ki, dünya çempionatlarının da rekordu müəyyənləşəcək. Yəni, Avropanın 41 komandası (bizim milli üçün DÇ-yə vəsiqə artıq təmin olunub) mundialda oynamaq hüququ üçün yarışacaq. Almaniya və Hollandiya I təsnifat mərhələsindən azad olunub.

Qeyd edək ki, ilkin seçmə mərhələnin oyunları bu ilin sentyabrında keçiriləcək. Qrup oyunlarını qəbul edəcək ölkələr isə hələ müəyyənləşməyib.