Berti Foqtsla Zenitsadan Podqoritsayadək: Bu da 32-ci oyun
16.11.2010 - 14:21
Sabah Çernoqoriya ilə qarşılaşacaq Azərbaycan yığması tarixinin 171-ci oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, arxada qalan 18 ildə cəmi 30 qələbə qazanan komandamız 42 dəfə meydanı heç-heçə ilə tərk edib və 98 dəfə uduzan tərəf olub. Bu görüşlərdə 115 qol vuran yığmamız 304 dəfə topu öz qapısından çıxarıb.
İndiyədək 89 yoxlama oyunu keçirən millimiz yubiley – 90-cı belə görüşə çıxacaq. Seçmə xarakteri daşımayan mini turnirlər də daxil olmaqla keçirilən belə sınaq matçlarında 23 qələbəsi olan komandamız 30 heç-heçə edib və 36 dəfə məğlubiyyətlə barışıb. Top fərqi də yığmamızın xeyrinə deyil – 82:118.
Çernoqoriyanın Podqoritsa şəhərindəki oyun Berti Foqtsun yığmamızın “sükanı arxasında” 32-ci oyunu olacaq. 64 yaşlı almaniyalı mütəxəssisin millimizin baş məşqçisi postunda keçirdiyi 31 oyunda komandamız 7 qələbə qazanıb, 9 heç-heçə edib və 15 dəfə uduzub. Debüt matçı 2008-ci il iyunun 1-də Bosniya və Herseqovina ilə Zenitsa şəhərindəki görüşdə gerçəkləşən Foqtsun yetirmələri 22 qol sevinci yaşadığı halda, 45 qolun qapımızdan keçməsinə şahid olublar.

0
0