Millimiz üçün “Prezident otağı”
16.11.2010 - 13:52
Millimiz üçün “Prezident otağı”
Sabah keçiriləcək yoldaşlıq oyununda Çernoqoriya ilə qarşılaşacaq Azərbaycan milli komandası Podqoritsa şəhərində böyük güzəşt əldə edib. Apasport.az saytının məlumatına görə, “Çrna Qore” otelində məskunlaşan yığmamız mehmanxananın digər qonaqları kimi yeməkxanada qidalanmır. Belə ki, çernoqoriyalılar bizimkilərin rahatlığını düşünərək “Prezident otağı”nı onların sərəncamına verir. Komandamız səhər, nahar və şam yeməyi üçün məhz bu otaqda bir araya gəlir. Bu otaq isə ölkəyə qonaq gələn müxtəlif ölkə prezidentlərinin orada qalması üçün nəzrədə tutulub.