“Bunedkor” “Birlik kuboku”na əsas heyətlə qatılacaq
16.11.2010 - 14:50
Özbəkistanın “Bunedkor” klubu “Bilik kuboku”nda oynamağa qərar verib. Apasport.az saytının məlumatına görə, ölkə çempionu olan Daşkənd təmsilçisi əvvəlki illərdən fərqli olaraq Rusiyadakı turnirdən imtina etməyəcək. Ötən il ikinci heyətlə çıxış edən, daha əvvəl bu hüququ “Paxtakor”a “bağışlayan” “Bunedkor” yarışa əsas komanda ilə yollanacaq. Gələn il yanvarın 14-23-də Sankt-Peterburqda keçiriləcək turnirdə Mircəlal Qasımovun rəhbərlik etdiyi komanda mübarizə aparacaq.
Qeyd edək ki, “Birlik kuboku”nda Azərbaycanı son ölkə çempionu “İnter” təmsil edəcək.
Qeyd edək ki, “Birlik kuboku”nda Azərbaycanı son ölkə çempionu “İnter” təmsil edəcək.
0
0