Berti Foqts: Mənim üçün əsas olan yaxşı oyundur
16.11.2010 - 15:09
Berti Foqts: Mənim üçün əsas olan yaxşı oyundur
“Çernoqoriya yığması çox güclü komandadır. Onlar seçmə mərhələdə öz qruplarının lideridir. İngiltərə ilə səfərdə heç-heçə ediblər və mərhələ oyunlarında qol da buraxmayıblar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

Sabah keçiriləcək yoxlama oyununda Çernoqoriya ilə qarşılaşacaq millimizin 64 yaşlı çalışdırıcısı Podqoritsada təşkil olunan mətbuat konfransında Azərbaycan xalqının Qurban bayramını təbrik edib: “Çox istərdik ki, bu bayramı Azərbaycanda, xalqla birgə qeyd edək. Amma nə etmək olar. FİFA-nın təqvimində yoxlama oyunları üçün bu tarix göstərilib. Çernoqoriya ilə matça gəlincə isə məni daha çox yaxşı oyun maraqlandırır. Təbii ki, nəticənin də ayxşı olmasını arzulayırıq. Belə oyunlar həmişə hər iki məşqçi üçün gənc futbolçuları sınamaq baxımından vacib olur. Komandamızın start heyətinə gəlincə bunu hələ ötən həftə Bakıda baş tutan toplanışdan sonra müəyyənləşdirmişəm. Lakin bu heyəti açıqlamayacağam”.