Rahid Əmirquliyev: İnşallah, Çernoqoriyanı udacağıq
16.11.2010 - 16:19
Bura qələbə qazanmaq üçün gəlmişik. Türkiyə ilə oyundan sonra Çernoqoriyaya qalib gəlməyə çalışacağıq”. Apasport.az saytının Çernoqoriyaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bu fikirləri Azərbaycan yığmasının futbolçusu Rahid Əmirquliyev deyib. Son oyunlarda daim əsas heyətdə meydana çıxan gənc yarımmüdafiəçi Çernoqoriya yığması ilə sabahkı yoldaşlıq görüşünə nikbin baxır. Rahid hətta belə güclü rəqibə, qrupunda lideri olan yığmaya qalib gəlmək haqda düşünür: “Bildiyiniz kimi, rəqibimiz güclü komandadır. Ancaq futbolda zəif komanda yoxdur. Kollektiv oynayıb, inşallah, Çernoqoriyanı udacağıq. Onların lideri Mirko Vuçiniçə qarşı oynamaq maraqlı olardı. Elə səviyyəli futbolçulara qarşı oynamaq hər dəfə ələ düşmür. Ancaq Mirko oynamırsa, ciddi problem deyil. Çünki onlarda Vuçiniçdən də güclü hücumçular var. Onsuz da Mirko oldu-olmadı, bizə rahat olmayacaq”.
Mehman SÜLEYMANOV, Podqoritsa
Mehman SÜLEYMANOV, Podqoritsa
0
0