Şükürovdan maraqlı açıqlama: Əvvəl yaxşı hücumçularımız vardı
16.11.2010 - 17:12
Azərbaycan yığmasının yeni kapitanı Mahir Şükürov maraqlı açıqlama verib. Apasport.az saytının Podqoritsaya ezam olunmuş müxbirinin məlumatına görə, 28 yaşlı müdafiəçi hücumçu problemindən danışıb.
Rusiyanın “Anji” klubunda oynayan Mahirin fikrincə, yığmada hücumçu sarıdan korluq çəkməyimiz müdafiə və yarımmüdafiə xəttinin işini daha da çətinləşdirir: “Bir neçə il əvvəl yaxşı hücumçularımız var idi. Ancaq indi hücumçu qıtlığı var. Qabaq “dişsiz” olanda, istər-istəməz top da saxlamaq olmur. Bütün güc müdafiə, yarımmüdafiəyə düşür. Düzdür, sabahkı oyunda heç-heçə də bizim üçün sərfəli nəticədir. Ona görə ki, evdə yox, səfərdə oynayırıq. Çernoqoriya ilə görüşdə nəyi bacarırıq, onu da edəcəyik”.
Mehman SÜLEYMANOV, Podqoritsa

0
0