Rail Məlikov: Zədəli futbolçuların yoxluğu hiss olunacaq
17.11.2010 - 00:02
“Çernoqoriya ilə matç yığma komandamızın cari mövsümdə sonuncu beynəlxalq yoldaşlıq oyunu olacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının müdafiəçisi Rail Məlikov deyib.
Bu gün beynəlxalq yoldaşlıq oyunu çərçivəsində Çernoqoriya ilə qarşılaşacaq millimiz bununla da ili başa vuracaq. Düzdür, dekabrda yığmanın 4 günlük təlim-məşq toplanışı keçiriləcək. Bununla bağlı bir müddət əvvəl millinin baş məşqçisi Berti Foqsta məlumat vermişdi. Almaniyalı mütəxəssis gələn ay keçiriləcək hazırlıq müddətində hansısa yoldaşlıq matçı təşkil etməyəcək. Ona görə də yığma Podqoritsa şəhərində keçiriləcək oyunu major notda başa vurmaq niyyətindədir.
Zədə üzündən səfərə aparılmayan Məlikov başa çatmaqda olan ili dəyərləndirərkən, əsas komandanın çıxışını uğurlu hesab edir: “Düzdür, rəsmi oyunlara yaxşı start vermədik. Amma evdə keçirdiyimiz ilk və bu il üçün sonuncu oyunda qələbə qazandıq. Türkiyəni evdə məğlub etməyimiz millinin ili uğurla başa vurduğunu deməyə əsas verir”.
Podqoritsadada baş tutacaq oyuna yığmamız itkilərlə çıxacaq. Zədəli olduğu üçün Maksim Medvedev, Rail Məlikov, Rəşad Sadıqov, Əfran İsmayılov komandamıza kömək edə bilməyəcəklər. Müdafiəçinin fikrincə, zədəli futbolçuların yoxluğu hiss olunacaq: “Fikrimcə, zədəli futbolçuların yoxluğu hiss olunacaq. Bununla belə, uşaqlardan ancaq və ancaq yaxşı oyun gözləyirəm. İnşallah, vətənə gülərüzlə qayıdarlar”.

0
0