Cavadov yenə Çernoqoriyada
16.11.2010 - 21:11
Cavadov yenə Çernoqoriyada
AFFA-nın İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov Çernoqoriyaya səfər edib. Apasport.az saytının məlumatına görə, Regional Futbol Federasiyalarımıza rəhbərlik edən Cavadov da milli komandamızın Çernoqoriya yığması ilə sabahkı yoldaşlıq görüşünü Podqoritsadakı stadiondan izləyənlər arasında olacaq.

Bu gün Çernoqoriya paytaxtına gələn veteran futbolçumuz son 4 ayda ikinci dəfə burada olur. Belə ki, Cavadov iyulda “Bakı” klubunun Avroliqanın II təsnifat mərhələsində “Buduçnost”la səfərdəki cavab görüşünə yollanmışdı. Onun qardaşı oğlu, “Bakı”nın hücumçusu Vaqif Cavadov Çernoqoriya yığması ilə oyuna hazırlaşan heyətə sonradan çağırıldı.

Mehman SÜLEYMANOV, Podqoritsa