“Barselona” Hollandiya yığmasının futbolçusu ilə anlaşdı
16.11.2010 - 21:14
“Barselona” Hollandiya yığmasının futbolçusu ilə anlaşdı
“Barselona”nın qış fasiləsində transfer edəcəyi ilk futbolçunun adı müəyyənləşib. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, Kataloniya təmsilçisi PSV-də oynayan Hollandiya yığmasının aparıcı üzvü İbrahim Afellayla danışıqları yekunlaşdırıb. Onlar 24 yaşlı oyun qurucusunun meneceri və klubu ilə bütün detallarda razılığa gəliblər. Futbolçunun isə yalnız I dövrənin yekununda rəsmi müqaviləyə imza atması qalıb.

Qeyd edək ki, Afellay Avro-2008 və DÇ-2010-da Hollandiya milli komandasının heyətində yer alıb.