“Xəzər Lənkəran”da dəyişiklik olacaq” - MÜSAHİBƏ
17.11.2010 - 00:10
“Xəzər Lənkəran” klubunun futbolçusu Xaqani Məmmədovun apasport.az saytına müsahibəsi
- Qurban bayramını necə qeyd etdiniz?
- Ailəmlə birgə keçirirəm. Qurban kəsib, imkansız ailələrə payladıq. Bir pay isə evimizə gətirdik.
- Necə düşünürsünüz, bu gün Azərbaycanda Qurban bayramı layiqincə qeyd edilirmi?
- Digər müsəlman ölkələri ilə müqayisədə, biz bir qədər geri qalırıq. Türkiyədə bu bayramın necə ürəklə qeyd edildiyini hamımız görürük. Digər yandan ötən illərlə müqayisədə ildən-ilə maraq artır. Kəsilən qurbanların sayı artır, kasıb, imkansız ailələr daha çox yad edilir.
- Keçək “Xəzər Lənkəran”ın oyununa. Komandanız son oyunda “Simurq”u çətinliklə məğlub etdi. Az qalsın, Lənkəranda turun sensasiyası qeydə alınacaqdı...
- Çox çətin oyun oldu. İmkanlarımız olsa da, top qapıya girmirdi. Bu da futbolçularda stress, əsəb yaradırdı. “Simurq” autsayderlər qrupunda yer alsa da, yaxşı komandadır. Baş məşqçiləri də savadlı mütəxəssisdir. Ona görə də oyunumuz çox çətin alındı.
- Ümumiyyətlə, “Xəzər Lənkəran” son oyunlarda qol vurmaq sarıdan çətinlik çəkir. Bu nə ilə bağlıdır?
- İki hücumçumuz – Parks və Opara zədəlidir. Ruiz isə komandadan kənarlaşdırılıb. Mən az oynayıram. Komandada dördüncü oyunumu keçirirdim. Yavaş-yavaş formaya düşürəm. Lalinin fərqlənmək üçün şansları olub, amma istifadə edə bilməyib. Yəni sırf hücumçu ampluasında oynayan futbolçularımız zədəlidirlər.
- “Xəzər Lənkəran”ın cari mövsümdəki çıxışını necə dəyərləndirirsiniz? Mirça Rednikin baş məşqçi təyin edilməsindən sonra komandanın oyun dəst-xəttində çoxmu dəyişiklik edilib?
- Bəli, çox dəyişiklik olub. Əsas da taktiki planda. Meydanda olan futbolçu görəcəyi işi, hara qaçacağını yaxşı bilir.
- Taktiki dəyişiklik deyəndə, nəyi nəzərdə tutursunuz?
- Meydana iki hücumçu ilə çıxırıq. Topu itirən zaman hücumçulardan biri yarımmüdafiə xəttinə kömək edir. Hücuma keçən zaman isə, o, yenidən forvard kimi çıxış edir.
- Maraqlıdır ki, Rednik təyin olunduqdan sonra heyətə xeyli legioner cəlb etdi. Bu gün də əsas heyətdə onlara şans verir. Bu, yerli oyunçuların zəif olması ilə bağlıdır?
- Belə deməzdim. Onlar heyətə cəlb ediliblərsə, oynamalıdırlar. Baş məşqçi həmin futbolçulara inandığı üçün komandaya götürüb. Yerli futbolçulardan kimlərə şans veribsə, çıxıb meydanda ürəyini qoyub.
- Azarkeşlərin komandaya münasibəti necədir?
- Onlar hər zaman komandanın yanındadırlar və bizi nəticədən asılı olmayaraq, daim dəstəkləyirlər.
- Müqaviləniz mövsümün sonunda başa çatacaq. Karyeranızı yenə davam etdirəcəksiniz?
- Qışda heyətdə dəyişikliklər olacaq. Baş məşqçinin məni komandada saxlayıb-saxlamayacağını deyə bilmərəm. Amma “Xəzər Lənkəran”a kömək etmək istəyirəm.
- Başqa komandaya keçməyiniz mümkündürmü?
- Hələlik heç bir klubdan təklif almamışam. “Xəzər Lənkəran” kimi klubu tərk etmək istəmirəm.
- Qardaşınız Füzuli Məmmədov artıq bizneslə məşğuldur. Siz necə, karyeranızı bitirdikdən sonra özünüzü başqa sahədə sınamağı düşünürsünüzmü?
- Premyer Liqa klublarından heç birində oynamaq imkanı olmadı. I divizionda isə çıxış etmək istəmədi. Həvəsdən düşdüyünə görə karyerasını bitirdi. Hazırda Moskvada bizneslə məşğuldur. Ürəyi yenə futbol üçün döyünür. Özümə gəldikdə, futboldan ayrılmaq istəmirəm. Karyeramı bitirdikdən sonra məşqçi kimi fəaliyyətimi davam etdirmək fikrindəyəm. Qismətdirsə, qalacam. Alınmasa, özümə yeni bir iş tapacam. Problem deyil.

0
0