Berti Foqts start heyətini müəyyənləşdirib
16.11.2010 - 21:39
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Çernoqoriya ilə sabahkı yoldaşlıq görüşünə əsas heyəti müəyyənləşdirib. Almaniyalı mütəxəssis apasport.az saytının Çernoqoriyaya ezam olunmuş müxbirinə açıqlamasında start “11-liy”ni hələ Podqoritsaya gəlməmiş özü üçün dəqiqləşdirdiyini bildirib.
Ancaq konkret adları hələ açıqlamayan Foqts bunu nə vaxt edəcəyini söylədi: “Çernoqoriya yığması ilə oyuna əsas heyət mənim üçün aydındır. Ancaq indi onu burada deməyəcəyəm. Ola bilsin ki, kimsə məşqdə zədə alsın. Bu zaman həmin heyətə düşən futbolçu üçün çətinlik yaranır. Ona görə də həmişə əsas heyəti oyuna bir saat qalmış açıqlayıram. Ancaq əsas heyətdə kimin oynayacağı indidən mənim üçün aydındır. Bunu artıq Bakıda təlim-məşq toplanışı bitəndə bilirdim. Ancaq həftəsonu çempionatda turun oyunlarını gördüm və bəzi futbolçulardan narazı qaldım. Buna görə də heyətdə bir-iki dəyişiklik etdim. İlk növbədə futbolçulara həmişə təzyiq lazımdır. Əgər futbolçu əsas heyətdə yer aldığını bu gün mətbuatdan oxusa, mən istədiyim kimi məşq etməyəcək”.
Qeyd edək ki, Foqtsun sabah əsas heyətdə Kamran Ağayev, Saşa Yunisoğlu, Vladimir Levin, Elnur Allahverdiyev, Mahir Şükürov, Ruslan Abışov, Rahid Əmirquliyev, Aleksandr Çertoqanov, Vüqar Nadirov, Fərid Quliyev və Rauf Əliyevi meydana buraxacağı gözlənilir.
Mehman SÜLEYMANOV, Podqoritsa

0
0