“Qəbələ” “Neftçi” ilə görüşə itkilərlə çıxacaq
16.11.2010 - 22:00
“Qəbələ” Unibank Premyer Liqasının XIV turunda “Neftçi” ilə görüşə itkilərlə çıxacaq. Apasport.az saytının xəbərinə görə, noyabrın 21-də baş tutacaq qarşılaşmada Deon Bartonla Branimir Subaşiç meydana çıxa bilməyəcəklər. Barton hesabat turunda “İnter”lə matçda mövsümdə 4-cü sarı vərəqəsini almaqla, cəzalı duruma düşüb. Subaşiç isə zədəli olduğundan qarşıdakı oyunu buraxacaq.
0
0