Bir mükafat, 10 namizəd
16.11.2010 - 21:56
Bir mükafat, 10 namizəd
FİFA-nın 2010-cu ilin ən yaxşı qolu üçün təsis etdiyi mükafata namizədlərin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, əfsanəvi macar futbolçu Ferens Puşkaşın adını daşıyan mükafata 10 iddiaçı var. Bunlar Həmit Altıntop (Türkiyə), Mettyu Barrouz (Şimali İrlandiya), Linus Hallenius (İsveç), Lionel Messi (Argentina), Samir Nəsri (Fransa), Neymar (Braziliya), Aryen Robben (Hollandiya), Covanni van Bronkhorst (Hollandiya), Sifive Şabalala (CAR) i Kumi Yokohamadır (Yaponiya).
Qeyd edək ki, qalibin mükafatlandırılması mərasimi gələn il yanvarın 10-da keçiriləcək.