Azərbaycan - Çernoqoriya qarşıdurması: 4-cü görüş, yenə 2:1?
17.11.2010 - 00:31
Bu gün Azərbaycan komandası cari ildə 4-cü dəfə Çernoqoriya təmsilçisi ilə oyuna çıxır. Apasport.az saytının Podqoritsaya ezam olunmuş müxbirinin məlumatına görə, bu iki ölkənin komandalarının meydandakı mübarizəsi eyni hesabla – 2:1 nəticələnir.
Bu, “Bakı”nın Avroliqanın II təsnifat mərhələsində iyulda “Buduçnost”la oyunları, ötən ay isə 17 yaşlılardan ibarət yığmamızın (U-17) Avropa çempionatının seçmə mərhələsində Podqoritsada çernoqoriyalı həmyaşıdları ilə Portuqaliyadakı görüşüdür. Bunlardan “Bakı” ilə 2:1 hesablı qələbəyə sevinmiş, yığmamızla eyni hesablı məğlubiyyətə üzülmüşük.
Düzdür, “Bakı”nın iyulun 15-də keçirdiyi Bakıdakı ilk oyunundan sonra bəd xəbər aldıq. Bu da UEFA komandamızın kamerunlu yarımmüdafiəçisi Joel Epallenin cəzasının müddəti bitmədiyi halda, meydana çıxması ilə bağlı idi. Belə olan halda, cəza qaçılmaz idi və “Bakı” 0:3 hesablı texniki məğlubiyyət alması ilə bağlı qərarı Podqoritsada oyuna 4-5 saat qalmış bildi.
Nəticə əksinə dəyişdirildikdən sonra növbəti mərhələyə çıxmaq nə qədər çətin olsa da, komandamız buna çalışdı və hətta ilk hissədən sonra hesabda 2:1 irəlidə oldu. Ancaq fasilədən sonra çoxlu qol imkanlarını boşa verib, sonda qol buraxan “zolaqlılar”ın “Buduşnost”u keçmək ümidləri puça çıxdı. Hər halda, meydandakı hər iki mübarizə qələbəmizlə nəticələndi.
Azərbaycanın U-17-si Çernoqoriya ilə görüşə qədər qrupdan çıxmaq şanslarını itirmişdi. Həmin oyunda qələbə qazanmaqla təsəlli tapa bilərdik ki, sonda 1 xal da qazana bilmədik.
2006-cı ildən müstəqillik qazanan Çernoqoriya ilə bütün görüşlərimiz bu il olsa da, onlarla bağlı olan 7 il öncə görüşümüz var. Təbii ki, bu, Serbiya və Çernoqoriya yığması ilə 2004-cü il Avropa çempionatının seçmə mərhələsində tarixi oyunlarımız idi. Yığmamız Podqoritsada bu gün meydana çıxacağı stadionda fevralın 12-də 2:2 hesablı bərabərliyə imza atdı. Özü də hesabda 0:2 geridə olan millimiz Qurban Qurbanovun dublu ilə məğlubiyyətdən qaça bilmişdi.
Bu, milli komandamızı rəsmi oyunlarda ilk xal qazandığı görüş kimi tarixə düşdü. Rəqib iyulun 11-də isə Bakıda “Şəfa” stadionunda daha ağır zərbə aldı. Yenə hesabı aşan Serbiya və Çernoqoriya yığması oyunun sonunda iki qol buraxaraq, bu dəfə uduzdu. Qollardan birinin müəllifi yenə Qurbanov oldu, qələbə topunu Fərrux İsmayılov vurdu.
Həmin oyunun 2:1 nəticələndiyini nəzərə alsaq, göründüyü kimi, qələbələrimizin hamısı bu hesabla olub. Çernoqoriya Futbol Federasiyasının prezidenti Deyan Saviçeviç Bakıdakı məğlubiyyətdən sonra istefa verərək, məşqçilik fəaliyyətinə son qoydu. Millimiz tarixində ilk dəfə seçmə mərhələdə bir rəqibə uduzmayaraq, 4 xal götürdü və rəqibə Avropa çempionatının final mərhələsinə yolunu bağladı.
Çernoqoriyalılara yenə qalib gəlmək işi bu dəfə çətin məsələdir. Rəqibin evdə oynaması azmış kimi, hazırda çox güclüdür və ən yaxşı dövrünü yaşayır. Təsadüfi deyil ki, onlar qrupunun lideridir, uduzmayıb, qapısından qol da buraxmayıb. Düzdür, çernoqoriyalılar çox qol vurmaları öyünə bilməzlər. Təsadüfi deyil ki, onlar bütün qələbələrini minimal hesabla – 1:0 qazanıb. Göründüyü kimi, bir tərəfdə bizim 2:1, digər tərəfdən çernoqoriyalıların 1:0 hesablı qələbəsi hökm sürür...
Mehman SÜLEYMANOV, Podqoritsa

0
0