Millimiz 2011-ci ilə məğlubiyyətlə gedir
17.11.2010 - 17:51
Millimiz 2011-ci ilə məğlubiyyətlə gedir
Azərbaycan yığması bu gün 2010-cu ildə son görüşünə çıxıb. Apasport.az saytının məlumatına görə, milli komandamız səfərdə Çernoqoriya ilə qarşılaşıb.

Podqoritsada keçirilən yoldaşlıq oyununda meydan sahibləri qələbə qazanıb. İlk yarıda qapılara qol vurulmasa da, fasilədən sonra yığmamız 2 dəfə oyuna mərkəzdən başlayıb.

Öncə 61-ci dəqiqədə Peyoviçin təxminən 28 metrdən vurduğu fantastik zərbə qarşısında Kamran Ağayev mat qalıb. Bundan 12 dəqiqə sonra çernoqoriyalılar daha bir qol vurublar. Bu dəfə sağ cinahdan qapı qarşısına ötürülən topu Beçiray başla qapıya göndərib.

ÇERNOQORİYA – AZƏRBAYCAN - 2:0
QOLLAR: Luka Peyoviç, 61; Fatoş Beçiray, 73
Podqoritsa. Milli stadion
Baş hakim: Aleksandar Stavrev
Baş hakimin köməkçiləri: Ljubomir Krstevski, Marjan Kirovski
ÇERNOQORİYA: 1. Mladen Bojoviç, 2. Savo Paviçeviç, 3. Marko Başa, 5. Radoslav Batak, 16. Luka Peyoviç, 16. Mladen Kaşçelan, 7. Simon Vukçeviç, 15. Miodqar Pekoviç (k), 10. Radomir Daloviç, 22. İvan Fatiç, 18. Dejan Damyanoviç.
Ehtiyat oyunçular: 12. Srcan Blajiç, 4. Milan Yovanoviç, 8. Fatoş Beçiray, 14. Zarko Tomaşeviç, 17. Marko Cetkoviç, 19. Draşko Bojoviç, 21. Stefan Saviç.
AZƏRBAYCAN: 1. Kamran Ağayev, 3. Saşa Yunisoğlu, 21. Vladimir Levin, 5. Elnur Allahverdiyev, 4. Mahir Şükürov (k), 15. Ruslan Abışov, 8. Aleksandr Çertoqanov, 19. Rahid Əmirquliyev, 10. Elvin Məmmədov, 17. Vüqar Nadirov, 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 12. Fərhad Vəliyev, 7. Vaqif Cavadov, 9. Aqil Nəbiyev, 13. Vurğun Hüseynov, 16. Amit Quluzadə, 18. Nodar Məmmədov, 24. Fərid Quliyev.

Qapını yenə Ağayevə etibar edən Foqts müdafiənin mərkəzində Yunisoğlu ilə Levini oynadacaq. Müdafiənin sol cinahı Allahverdiyevə, sağı Şükürova tapşırılıb. Abışovıa Əmirquliyev Türkiyə ilə oyundakı kimi, dayaq yarımmüdafiəçisi funksiyasını yerinə yetirəcək.

Çertoqanov həmin görüşdə olduğu kimi, yarımmüdafiənin sağ cinahına cavabdehlik daşıyacaq. Yarımmüdafiənin sol cinahında Nadirov yer alıb. Oyun qurucusu Məmmədov irəlidəki Əliyevə yardımçı olacaq.

Oyunun başlanmasına 1 saatdan az vaxt qalsa da, stadion boşdur. Dünən axşamdan başlayan yağış səhər gücləndi. Bundan sonra yağış ara versə də, yenidən yağır. Nəticədə meydançanın qazonu sürüşkən olub ki, bu da futbolçulara əlavə çətinlik yaradır.

Artıq yığmamız meydana çıxdı. İlk olaraq qapıçılarımız və onların məşqçiləri, ardınca sahə oyunçuları qazona ayaq basdılar. Futbolçularımız topla isinmə hərəkətləri edirlər. Rəqib futbolçular isə hələ ki meydana çıxmayıblar.

Nəhayət, çernoqoriyalı oyunçular da meydana çıxdılar. Özü də onlar bunu hakimlərlə birgə etdilər. Artıq yığmamız paltardəyişmə otağına yollansa da, rəqib və hakimlər hələ meydandadırlar.

Komandalar artıq meydana çıxıb.

Hər iki ölkənin dövlət himni səslənir.

I hissə
1. Oyun başladı. Topa ilk zərbəni komandamız vurur.
4. Meydan sahiblərinin sağ cinahdan hücumu. Əllə oyuna görə, cərimə meydançasının kənarından yerinə yetirilən cərimə zərbəsi effektsiz alınır.
6. Çertoqanovun zərbəsi təhlükəli alınsa da, qapının yanından keçir.
11. Yığmamız cərimə zərbəsi yerinə yetirir. Abışov birbaşa topu qapıya vursa da, dəqiq deyil.
12. Rauf Əliyev qaydanı pozur. Çernoqoriyalıların yerinə yetirdiyi cərimə zərbəsini müdafiəçilərimiz uzaqlaşdırır.
14. Mahir Şükürov yüngül zədə alır. Həkimlər ona meydanın kənarında yardım edirlər.
21. Yığmamız oyunda ilk künc zərbəsi vuracaq. Komandamız özünə məxsus künc zərbəsini yerinə yetirir. Amma Nadirovun həlledici qərbəsi dəqiq olmadı
22. İlk sarı vərəqə. Elvin Məmmədov cəzalandı.
27. Meydan sahibləri sol cinahdan hücuma keçirlər. Ancaq Daloviçin zərbəsi qapıdan aralı keçir.
30. Çernoqoriyalıların daha bir təhlükəli hücumu. Yenə Daloviç diqqət mərkəzində oldu. Kamran topu onun ayaqları altından götürür. Radomir isə penalti istəyir. Amma hakim qaydanın pozulmadığını bildirir.
33.Elvin cərimə meydançası daxilində qapıya zərbə vurur. Müdafiəçiyə çarpan top qapı xəttindən çıxır.
43. Hesab açıla bilərdi. Fatiçin “doqquzluğ”a zərbəsini Kamran barmaqlarını ucu ilə kornerə göndərir.

İlk yarı başa çatdı.

Millimiz ikinci hissəyə əvəzetmə ilə başlayır. Elvinin əvəzinə meydana Fərid Quliyev çıxır.
Meydan sahiblərinin heyətində isə Mladen Bojoviç yerini Srcan Blajiçə verir.
49. Radomor Daloviç Fatiçin ötürməsini başla qapıya vura bilmir.
56. Daloviç Beçirayla əvəzləndi.
58. Meydan sahiblərinin təhlükəli hücumundan sonra hesab açıla bilərdi. Amma Kamran rəqibin sevinməsinə imkan vermədi.
58. İvan Fatiçin yerinə Milan Yovaniç çıxır.
61. Bu da qol. Peyoviç uzaq məsafədən fantastik zərbə ilə hesabı açır.
65.Çernoqoriya yığmasında daha bir əvəzetmə. Kapitan Miodqar Pekoviç yerini Draşko Bojoviçə verir.
66. Foqts da əvəzetməyə başlayır. Çertoqanov Cavid Hüseynovla əvəzləndi. Raufun yerinə Vaqif Cavadov daxil oldu. Bir dəqiqə keçməmiş Vaqif sarı vərəqə aldı.
73. Meydan sahibləri hesabı artırır. Beçiray qapı qarşısına ötürülən topu başla tora göndərir. Levinin yerinə Vurğun Hüseynov daxil olur.
77. Beçirayın cərimə meydançası daxilində qapıya daha bir zərbəsi. Top müdafiəçiyə dəyib, meydandan çıxır.
79. Cavidə qarşı kobud oynadığı üçün Yovanoviç sarı vərəqə ilə cəzalandırılır.
82. Stavrev Rahidə də sarı vərəqə göstərir.
84. Qapımız qarşısında daha bir təhlükə. Beçirayın qüvvətli zərbəsini Kamran geri qaytarır. Yovanoviç qapıçıdan qayıdan topa zərbə vursa da, ofsayd qeydə alınır.
85. Əmirquliyev yerini Amit Quluzadəyə verir.
90. İKinci hissəyə 2 dəqiqə əlavə olunur.
Oyun başa çatdı. Milli komandamız ilin son görüşündə meydanı məğlubiyyətlə tərk edir.