“Xəzər Lənkəran”ın qapıçısı Çində meydana çıxdı
17.11.2010 - 18:46
Unibank Premyer Liqasında çıxış edən futbolçuların mütəmadi dəvət aldığı Latviya yığması növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Aleksandr Starkovun yetirmələri səfərdə Çin yığması ilə görüşüblər. Bu dəfə Latviya millisində çempionatımızı yalnız bir futbolçu təmsil edib. “Xəzər Lənkəran”ın qapıçısı Denis Romanov start heyətində meydana çıxaraq matçı əvəzolunmadan keçirib. Yoldaşlıq oyunu çinlilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Asiyalılar qələbə qolunu 90+3-cü dəqiqədə vurublar.
0
0