Krançar: Onlar Azərbaycanla oyunda özlərini göstərə bildilər
17.11.2010 - 21:26
Krançar: Onlar Azərbaycanla oyunda özlərini göstərə bildilər
“Azərbaycanla qarşılaşmada komandamız zəif idi. Lakin buna baxmayaraq qələbə qazandıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çernoqoriya milli komandasının baş məşqçisi Zlatko Krançar deyib.

Yoldaşlıq oyununda Azərbaycan yığmasını 2:0 hesabı ilə məğlub edən sabiq yuqoslaviyalıların çalışdırıcısı zəif heyətlə qazanılan uğurdan məmnun qalıb: “Bununla da biz sübut etdik ki, ehtiyat qüvvəmiz də potensiala malikdir. İstənilən vaxt hər hansı əsas heyət oyunçusunun oyunçunun yoxluğunu unutdura biləcək futbolçumuz var. Drinçiç, Yovetiç, Vuçiniç, Delibaşiç, Poleksiç kimi oyunçularımızda sərəncamımda olanda geniş seçim imkanı əldə edəcəyik. Bu da seçmə mərhələ oyunları üçün vacibdir. Bütün futbolçularımız kollektiv oyun göstərdi ki, bu da qələbə gətirdi. Mən gənclərə özlərini göstərməyə şans verdim və onlar bundan yararlandılar”.