“İnter”in futbolçusu “cırtdan”la heç-heçəyə şahid oldu
17.11.2010 - 23:38
Bakının “İnter” klubunun futbolçusu Dmitri Kruqlov Estoniya yığmasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin yarımmüdafiəçisi öz ölkəsinin Lixtenşteynlə yoldaşlıq görüşündə iştirak edib. Öz meydanında oynayan estoniyalılar yalnız ikinci hissədə penaltidən vurulan qolla məğlubiyyətdən qaça biliblər. Kruqlov start heyətində meydana çxıaraq 61-ci dəqiqəyədək meydanda olub. O, hər iki qolu meydanda izləyib.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın sabiq müdafiəçisi Taavi Rahn “cırtdan” ölkə təmsilçisi ilə oyunda 90 dəqiqə forma geyib.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın sabiq müdafiəçisi Taavi Rahn “cırtdan” ölkə təmsilçisi ilə oyunda 90 dəqiqə forma geyib.
0
0