Azərbaycan çempionu üçün 45 dəqiqə
18.11.2010 - 00:48
Macarıstan və Litva milli komandaları arasında oyunda Unibank Premyer Liqası da təmsil olunub. Apasport.az saytının məlumatına görə, Bakının “İnter” klubunun futbolçusu Robertas Poşkus da bu görüşdə iştirak edib. Ötən mövsüm Azərbaycan çempionu olan litvalı hücumçu bu qarşılaşmaya start heyətində çıxıb. Futbolçu fasilədə əvəzlənərək komandasının məğlubiyyətini ehtiyat oyunçular skamyasından izləyib. Belə ki, macarlar ikinci hissədə vurulan iki cavabsız qolla qonaqları məğlub yola salıblar.
0
0