“Neftçi” və “Qarabağ”ın futbolçuları üz-üzə
18.11.2010 - 11:21
Albaniya və Makedoniya milli komandalarının qarşılaşmasında Azərbaycan çempionatı da təmsil olunub. Apasport.az saytının məlumatına görə, bu qarşılaşmada Unibank Premyer Liqasında çıxış edən 3 futbolçu meydana çıxıb. Qolsuz heç-heçə ilə bitən matçda “Qarabağ”ın müdafiəçiləri Ansi Aqolli və Admir Teli meydan sahiblərinin, “Neftçi”nin arxa xətt oyunçusu İqor Mitreski isə qonaqların heyətində çıxış edib. Onların hamısı start heyətində meydana çıxıb və yalnız Aqolli 76-cı dəqiqədə əvəzlənib.
0
0