Visente del Boske: Bu, dəhşət idi
18.11.2010 - 11:36
Visente del Boske: Bu, dəhşət idi
İspaniya yığmasının baş məşqçisi Visente del Boske Portuqaliya milli komandası darmadağın olunduqları oyunu bərbad sayır. Apasport.az saytının məlumatına görə, 0:4 hesablı məğlubiyyətdən çox məyus olan ispaniyalı mütəxəssis bəhanə gətirməyi lazım bilməyib: “Bu, dəhşətli oyun idi. Biz də bundan pis oynaya bilməzdik. Özümüzə bəraət qazandıra bilmərik. İspaniya həddən artıq açıq futbol oynadı və bu zaman rəqibə çoxlu qol vurmaq imkanı yaratdı”.