68 ildən sonra və ya Kasilyas görmədiyi günə düşdü
18.11.2010 - 11:50
İspaniya milli komandasının qapıçısı İker Kasilyas yığma karyerasının antirekordunu müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, 29 yaşlı qapıçı pireneylilərin heyətində ilk dəfə qapısından 4 qol buraxıb. Millidə 116-cı oyununu Portuqaliyaya qarşı keçirən İker 0:4 hesablı məğlubiyyətdə indiyədək görmədiyi durumla üzləşib. İndiyədək o, ən pis halda 3 top buraxmışdı. Bu, 2006-cı il sentyabrın 6-da Şimali İrlandiya ilə qarşılaşmaya təsadüf etmişdi.
İspaniya yığması isə sonuncu dəfə 68 il əvvəl 0:4 hesabı ilə uduzmuşdu. Həmin vaxt onlar yoldaşlıq oyununda İtaliyaya uduzmuşdular.
İspaniya yığması isə sonuncu dəfə 68 il əvvəl 0:4 hesabı ilə uduzmuşdu. Həmin vaxt onlar yoldaşlıq oyununda İtaliyaya uduzmuşdular.
0
0