“Karyeramın ən gözəl qolunu Azərbaycana vurdum”
18.11.2010 - 12:29
“Düşünürəm ki, Azərbaycanla oyunda biz yaxşı oynadıq. Baş məşqçimiz əsas heyət oyunçularının yoxluğunda özünü göstərən futbolçulara da, yəni ümumilikdə 25-26 nəfərə güvənə bilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çernoqoriya yığmasının futbolçusu Luka Pejoviç deyib.
Azərbaycan milli komandası ilə Podqoritsadakı yoldaşlıq oyunu haqda fikirlərini açıqlayan futbolçu yığmamızın onlara müqavimət göstərməsindən danışıb: “Türkiyə kimi yığmanı məğlub edən rəqiblə oyunun ilk hissəsində bizə çətin oldu. Lakin fasilədən sonra Azərbaycan yığmasının müdafiə xəttinin müqavimətini qıra bildik. Məncə 2:0 hesabı da matçın ədalətli nəticəsi idi. Düzdür, hesab daha böyük də ola bilərdi. Amma elə belə də yaxşıdır”.
Görüşdə ilk qolun müəllifi olan Luka təxminən 35 metrdən vurduğu qoldan məmnun qalıb: “Əlbəttə ki, Azərbaycana vurduğum top futbolçu karyeramın ən gözəl qolu idi. Zərbə vurduğum anda qapını yaxşı görürdüm. Top qapıdan keçən kimi Brnoviçin üstünə qaçıb onunla qeyd etdim. Matçdan əvvəl bilirdim ki, yaxşı olacaq. İndi bu qolu həyat yoldaşım və uşağımla bayram edə bilərəm. Mən sübut etdim ki, baş məşqçimiz mənə Milan Yovanoviçin alternativi kimi baxa bilər. Düşünürəm ki, yığma və klubda yaxşı oynayıram. Mənim üçün millidə ilk “11-lik”də və ya 25 oyunçu arasında yer almağımdan asılı olmayaraq bu formanı daşımaq mənim üçün həmişə şərəf olub”.

0
0