Alim Qurbanov Rəşad Abdullayevə çatdı
18.11.2010 - 12:26
Alim Qurbanov artıq “Xəzər Lənkəran”ın əfsanəsidir. Apasport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 33 yaşlı yarımmüdafiəçi Unibank Premyer Liqasının XIII turunun “Simurq”la oyununda “Xəzər Lənkəran”ın rekordunu təkrarlayıb. O, 155-ci dəfə komandanın formasında meydana çıxaraq Rəşad Abdullayevə çatıb. Komanda yaranan gündən “Xəzər Lənkəran”ın sıralarında olan və yalnız 2009-cu ilin ilk yarısını icarə əsasında “Karvan”da top qovan Qurbanov “Simurq”la qarşılaşmadakı əlamətdar hadisəni matçın qəhrəmanı olmaqla qeyd edib. Belə ki, məhz onun qolu matçda yeganə olub. Artıq növbəti turda Alim yeni tarix yazıb klubun mütləq rekordçusu ola bilər.
mövsüm | turnir | oyun | qol | sarı | qırmızı |
2004/05 | Çempionat | 31 | 3 | 6 | 1 |
| Kubok | 5 | 1 | 1 |
|
2005/06 | UEFA kuboku | 2 |
|
|
|
| Çempionat | 20 | 2 | 6 |
|
| Kubok | 8 |
| 2 |
|
2006/07 | Çempionat | 19 | 1 | 5 | 1 |
| Kubok | 8 |
| 3 | 1 |
2007/08 | Çempionlar Liqası | 2 |
|
|
|
| Birlik kuboku | 5 |
|
|
|
| Çempionat | 18 |
| 5 | 1 |
| Kubok | 5 |
|
|
|
2008/09 | Avropa Liqası | 2 |
|
|
|
| Çempionat | 4 |
|
|
|
| Kubok | 1 |
|
|
|
2009/10 | Çempionat | 10 | 1 | 2 |
|
| Kubok | 4 |
| 1 |
|
2010/11 | Avropa Liqası | 2 |
| 1 |
|
| Çempionat | 9 | 1 | 2 |
|
Cəmi | Çempionat | 111 | 8 | 26 | 3 |
| Kubok | 31 | 1 | 7 | 1 |
| Avrokubok | 8 |
| 1 |
|
| Birlik kuboku | 5 |
|
|
|
|
| 155 | 9 | 34 | 4 |
0
0