Berti Foqts Almaniyaya qayıtdı
18.11.2010 - 12:56
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Almaniyaya qayıdıb. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis Çernoqoriya millisi ilə Podqoritsadakı yoldaşlıq görüşündən sonra yığmamızdakı olan həmyerliləri ilə birgə vətənə dönüb. Foqts gələn ay ölkəmizə qayıdacaq. Bu da yığmamızın dekabrda Bakıda 4 günlük keçirəcəyi təlim-məşq toplanışı ilə bağlıdır.
Foqts bu müddətdə boş oturmayacaq. Belə ki, o, noyabrın 20-də Almaniyanın Leypsiq şəhərində keçiriləcək “Əfsanələrin matçı”na dəvət alıb. Bu oyun Almaniya Demokratik Respublikası (ADR) və Almaniya Federativ Respublikasının (AFR) birləşməsinin 20-ci ildönümü münasibətilə təşkil olunacaq. Qarşılaşmada AFR-in heyətində 1990-cı ilin dünya çempionları, o cümlədən, Yurgen Klinsmann, Lotar Matteus, Andreas Breme, Qvido Buhvald iştirak edəcək. ADR-dən isə bu yığmanın bütün dövrlər üçün ən yaxşı futbolçuları – Tomas Doll, Andreas Tom, Matias Zammer və digərləri mübarizə aparacaqlar.
Qeyd edək ki, Almaniya yığması 1990-cı ildə dünya çempionu olarkən, Berti Foqts baş məşqçi Frants Bekkenbauerin köməkçisi kimi çalışıb. Daha sonra o, Bundestimə baş məşqçi təyin olunub və 1998-ci ilədək bu vəzifəni tutub.

0
0