Vladimir Levin: Çernoqoriyalıların şedevr qolundan sonra bizə çətin idi
18.11.2010 - 13:25
“Çernoqoriyaya uduzsaq da, heç də pis oynamadıq. Demək olar ki, bərabər səviyyəli oyun keçdi. Biz qalib gəlməyi çox istəyirdik”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının futbolçusu Vladimir Levin deyib. Onun sözlərinə görə, Çernoqoriya yığmasının 2:0 hesabı ilə qalib gəldiyi yoldaşlıq görüşündə vurduğu ilk qol oyunun taleyini həll edib: “Rəqib çox baxımlı qol vurdu. Bu, şedevr qol idi. Bundan sonra çətin vəziyyətdə düşdük və bizə oyunun gedişini dəyişmək çətin idi. Uduzmaq çox üzücü idi. Rəqib də asan deyildi. Biz ilk növbədə öz oyunumuzu göstərmək istəyirdik. Çernoqoriya ilə görüş bu il sonuncu oyunumuz idi. Ona görə də heç uduzmaq istəmirdik”.
Milliləşdirilən ukraynalı müdafiəçi üç aydan sonra yığmaya qayıtdı. Sonuncu dəfə avqustun 11-də Bakıda Küveyt yığması ilə 1:1 hesabı ilə etdiyimiz yoldaşlıq görüşündə oynayan Vladimir zədəyə görə üç ay yaşıl meydandan kənarda qaldı və indi artıq çəkidən əziyyət çəkir. Saşa Yunisoğlu zədəli Rəşad Sadıqovun yoxluğunda məhz Levinlə müdafiənin mərkəzində tandem təşkil etdi: “Uzun fasilədən sonra yığmanın heyətində meydana çıxdım. Elə bir xüsusi dəyişiklik yoxdur. Varsa, bu, yaxşılığa doğrudur. Saşa ilə bir yerdə oynamağım ilk dəfə deyil. Olimpiya yığmasında da mərkəzi müdafiəçisi kimi tandemimiz olub. Anlaşmaq baxımından elə bir problemimiz yox idi. Əlbəttə, Rəşad Sadıqov çatışmırdı. O, yığmanın lideridir. Əlbəttə, Rəşadsız çətindir. Ona tezliklə sağalıb, yaşıl meydana qayıtmağı arzulayıram. Ağır çəkiyə gəlincə, bir neçə ay buraxmalı olduğumdan, hələ tam fiziki hazırlığımı yığmamışam. Gərək bunun üzərində işləmək lazımdır. Fikrimcə, yaxın vaxtda hər şey normal olacaq”.
2004-cü ilin yayından oynadığı “İnter”də cari mövsümdə kapitan olan Vladimir bu ilə belə dəyərləndirdi: “Əlbəttə, yığmanın uğursuz oyunları da oldu. Bu, ilk növbədə səfərdə Almaniyaya 1:6 hesabı ilə uduzduğumuz görüşdür. Məncə, bu il geriləmədən daha çox irəliləmə var. Hər şey qaydasında olacaq. Əsas odur ki, biz düzgün yoldayıq. Ümid edirəm ki, gələcəkdə daha yaxşı olacaq”.
Mehman SÜLEYMANOV

0
0