AFFA yığma üçün qapıçı axtarır
18.11.2010 - 14:44
AFFA 1996, 1997 və 1998-ci il təvəllüdlü qızlar üçün qapıçı müsabiqəsi elan edib. Apasport.az saytının məlumatına görə, 1996, 1997 və ya 1998 təvəllüdlü qızlar qapıçılar üzrə peşəkar məşqçi yanında öz bacarığını sübuta yetirmək imkanı qazanıblar. Hər hansı bir klubda futbol oynamaq istəyən və U-15 milli komandasında ölkəni təmsil etmək arzusunda olanlar yığmanın qapıçılar üzrə məşqçisi qarşısında özünü yoxlaya bilər. Müsabiqədən qalib ayrılanlar klublara cəlb olunacaqlar.
0
0